Qubanın Xanagah kəndində yaşayış məntəqələrini birləşdirən Çağacıq çayı üzərində inşa edilmiş körpüləri sel aparıb.
“Report”un verdiyi məlumata görə, nəticədə kəndin yaşayış məntəqələri arasında gediş-gəliş əlaqəsi kəsilib.
Quba Rayon İcra Hakimiyyəti tərəfindən hadisə yerinə texnika göndərilib, lazımi tədbirlər görülür.
Həmçinin hadisə yerinə Quba Rayon İcra Hakimiyyəti başçısının Rustov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Behbud Rəhimov da gəlib.
◀▶