Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Zərdabda axundun oğlu içkili vəziyyətdə avtomobili idarə etdiyi üçün saxlanılıb

Zərdabda axundun oğlu içkili vəziyyətdə avtomobili idarə etdiyi üçün saxlanılıb

Zərdabda axundun oğlu saxlanılıb.

Ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. 

Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur. APA

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …