Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Ucarda qəzalı məktəb şagirdlərin həyatı üçün təhlükə yaradır — VİDEO

Ucarda qəzalı məktəb şagirdlərin həyatı üçün təhlükə yaradır — VİDEO

Ucar rayonunun Qəzyanlı kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı olmasından şikayətlənirlər.

Söhbət Əziz Əliyev adına 2 saylı kənd tam orta məktəbindən gedir.

Bu məktəbdə 300-dən çox şagird təhsil alır. Məktəbin belə qəzalı vəziyyətdə olması isə burada təhsil alan şagirdlərin həyatı üçün təhlükə yaradır.

Kənd sakinlərinin sözlərinə görə, qışın şaxtalı günləri gələndə vəziyyət daha da acınacaqlı olur.

Təhsil ocağı kəndə qazın verilməsinə baxmayaraq, odun sobası ilə qızdırılır. Məktəbdəki partalar isə o qədər köhnədir ki, uşaqlar oturub-duranda paltarları cırılır. 

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …