Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Şəhid anası oğlunun dəfnindən əvvəl qurban kəsdi (FOTO/VİDEO)

Şəhid anası oğlunun dəfnindən əvvəl qurban kəsdi (FOTO/VİDEO)

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayev Siyəzəndə dəfn edilib.
APA-nın məlumatına görə, Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayevin anası oğlunun cəsədi tapıldığı üçün qurban kəsib. 
Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.
Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …