Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar – FOTO

Qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar – FOTO

Ermənilər azərbaycanlıların yaşadığı tarixi torpaqları işğalı zamanı maddi və milli-mənəvi abidələri talan edib.

Zəngilan şəhərində olan məzarlıq tamamilə dağıdılıb. Ağzında qızıl dişi olduğu ehtimal olunan qəbirlər sökülərək, içindəki meyitlər çıxarılıb. Ermənilər eyni zamanda bütün məzarlıqda olan ağ və qara mərmər qəbir daşlarını da söküb aparıblar.

Qeyd edək ki, Zəngilan rayonu ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Zəngilan şəhərində XVII – XVIII əsrlərdə Səfəvilər dövründə tikilməsi güman edilən məsciddə dağıdılıb. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər olub. (Trend)

Azvision.az

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …