Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Qar Lerikin 45 kəndini işıqsız qoydu

Qar Lerikin 45 kəndini işıqsız qoydu

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb. 

Bu barədə Yenisabah.az-a Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib.  

“Dünən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayonun mərkəzində 20 sm, kəndlərdə 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. Dünən gecə 32 kənddə, bu gün səhər verilən məlumata görə isə 45 kənddə elektrik enerjisinin verilişində müəyyən məhdudiyyətlər olub”,- deyə o bildirib.  

V.Mirzəyev qeyd edib ki, hazırda kəndlərdə elektrik enerjisi verilişinin bərpası üçün işlər aparılır. 

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …