Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / LAÇIN YOLUNDA AKSİYANIN 28-ci GÜNÜ: əraziyə güclü qar yağıb, etirazlar isə fasiləsiz davam edir – FOTOLAR (Yenilənib)

LAÇIN YOLUNDA AKSİYANIN 28-ci GÜNÜ: əraziyə güclü qar yağıb, etirazlar isə fasiləsiz davam edir – FOTOLAR (Yenilənib)

Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Azinforum.az xəbər verir ki, həmin maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Havanın sqarlı olmasına baxmayaraq, fədakar aksiyaçılar etirazarını ruh yüksəkliyi ilə davam etdirir.

***

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları tərəfindən ərazidə hava şarı asılıb.

Azinforum.az xəbər verir ki, təbiəti qorumağa çağıran etirazçılar balonun üzərinə “Stop Ecocide!” yazıblar.

Şuşa şəhərinə qar yağmağına baxmayaraq, ekofəallar və gənc könüllülər hava şarının ətrafında bayraqlarla durublar. Daha sonra onlar “Stop Ecocide!” və digər şüarlar səsləndiriblər.

***

Bu gün güclü qarın yağdığı Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir maşının hərəkət etməsinə şərait yaradılıb.

Azinforum.az xəbər verir ki, həmin maşını Xankəndindən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

***

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi səkkiz gündür davam edir.

Azinforum.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Şuşa şəhərinə növbəti dəfə qar yağmağına baxmayaraq, aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplaşınış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Xatırladaq ki, Şuşa şəhərinə ötən gecədən qar yağır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb/Report.

img
img

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …