Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Özü həyatda, amma adı ölmüş kimi qeydiyyatda, pensiyası da kəsilib – VİDEO

Özü həyatda, amma adı ölmüş kimi qeydiyyatda, pensiyası da kəsilib – VİDEO

67  yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.

Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva bu səbəbdən çıxılmaz vəziyətdə olduğunu bildirir.

1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olmuş Həmayıl Əliyeva bildirir ki, artıq 4 aydır, pensiyası dayandırlıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.

2-ci  qrup əlil olan müsahibimizin ötən ilin oktyabr ayından pensiyası kəsilib. Kartından pul çıxarmaq istəyəndə orada vəsaitin olmadığını görüb. Ağcabədi Rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə bildirilib ki, o, ölmüş adam kimi qeydiyyata alınıb.

Həmayil Əliyeva əlavə edir ki, bununla bağlı üz tutduğu bərpa mərkəzindən də eyni cavabı alıb.  Hətta xanımın övladının məsələ ilə bağlı üz tutmadığı ünvan da qalmayıb.

Məsələyə Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, vətəndaşın müraciətinə baxılıb. Araşdırmalardan sonra problem həll olunub. Vətəndaşa növbəti ayın pensiya ödənişi zamanı təyin olunan pensiya keçmiş dövr olmaqla birlikdə ödəniləcək.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …