Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Ordumuzun Naxçıvanda keçirdiyi təlimlər – Video

Ordumuzun Naxçıvanda keçirdiyi təlimlər – Video

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir.

Taktiki təlimlərdə haubitsalı artilleriya, aviasiya, hava hücumundan müdafiə və digər bölmələr arasında qarşılıqlı əlaqə sualları işlənilib.

Bölmələrin uzlaşmasının və səhra vərdişlərinin yüksəldilməsinin ən səmərəli ali forması döyüş atışlı taktiki təlimlər olduğu üçün tabor və divizionlarda keçirilən bu təlimlərə Əlahiddə Ümumqoşun Orduda xüsusi diqqət yetirilir.

Haubitsalı artilleriya divizionlarının döyüş atışlı taktiki təlimləri də döyüş vəziyyətinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilib.

Təlimlər zamanı aviasiya ilə qarşılıqlı əlaqə sualları işlənilib, hava hücumundan müdafiə bölmələri ilə birlikdə düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətlər icra edilib.

Şəxsi heyət taktiki və atəş tapşırıqlarının icrasında müsbət nəticələr göstərib.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …