Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatıb

Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üçün əhaliyə bütün növ əmək pensiyalarının ödənilməsi vaxtından əvvəl başa çatdırılıb.

Azinforum.az xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilib.

Qeyd olunub ki, pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi təmin olunub. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri vasitəsilə ödənilib.

Həmçinin, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …