Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.  

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Bərdə rayonu, Hacalı kənd sakini Ağgül Əhmədova deyib ki, əməkhaqqını almaq istəyərkən bank kartında pul olmadığını görüb.

Xezerxeber.az-ın məlumatına görə, kənd məktəbində müəllim işləyən Ağgül Əhmədova bildirib ki, problemlə bağlı banka müraciət edib.

Ağgül Əhmədova hesab edir ki, onun pensiya kartına da müdaxilə etmək istəyiblər, ancaq bu alınmayıb. O, dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı “Xəzər Xəbər”ə bildirib ki, baş vermiş hadisə ilə bağlı Bərdə rayon polis şöbəsinə müraciət daxil olub. Hazırda faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …