Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Lerikdə Muxtar Babayevə qarşı etiraz aksiyası – FOTO

Lerikdə Muxtar Babayevə qarşı etiraz aksiyası – FOTO

Lerik rayonu, Peştətük kənd sakinləri etiraz aksiyası keçirib.

Belə ki, kənd sakinləri pay torpaqlarının “Çinar TİT” MMC tərəfindən zəbt olunmasına etiraz ediblər. Belə ki, uzun illər kənd sakinlərinin istifadəsində olan torpaq sahəsi sözügedən şirkət tərəfindən zəbt olunub. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini, lakin müsbət nəticə əldə etmədiklərini bildiriblər. Kənd sakinləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bu qanunsuz əməlləri göz yumduğunu deyiblər. Peştətük kənd sakinləri Prezident İlham Əliyevin kəndə gəlib onlara sahib çıxmasını xahiş edirlər.Baxar.az

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …