Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər ki, illərdir yol problemindən əziyyət çəkirlər. Məhz yola görə kənddən rayon mərkəzinə, Bakıya köçənlər var.

Kənd sakini İmran Axundov Meydan TV-yə danışıb ki, yol olmadığından təcili yardım kəndlərə qalxa bilmir:

“Taksi 2-3 dəfə baha aparır. Xüsusilə yağışlı havalarda kəndlərə maşın işləmir. Çünki yol o qədər kələ-kötür və çuxurlarla doludur ki, avtomobillər sıradan çıxır”.

Gəgiran kəndi Lənkəran mərkəzindən 36 kilometr uzaqlıqda, Talış dağlarının qoynunda yerləşir. Kəndin 1500-dən çox sakini var. Gəgiran bölgənin qədim yaşayış məskənlərindən biri sayılır. Diryan və Tükəvilə kəndləri qonşu kəndlərdir. Kəndlilər əsasən əkinçilik və heyvandarlıqla dolanırlar. Şikayətçi deyib ki, məhz yol probleminə görə məhsullarını bazara çıxarmaqda çətinlik çəkirlər:

“Kəndlilərin əsas dolanışığı əkin-biçindən çıxır. Yol yaxşı olarsa məhsulları da aparıb satmaq rahat olar”.

Şikayətçi deyib ki, illərdir yolun təmir ediləcəyi ilə bağlı verilən vədlərə əməl edilmir.

Gəgiran kənd icra nümayəndəsi Şamil Mirzəyev Meydan TV-yə bildirib ki, həmin kəndlərin bərpası plana düşüb, yaxın günlərdə sözügedən kəndləri birləşdirən avtomobil yolunun yenidən qurulması planlaşdırılır.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …