Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Kürdəmirdə 8-ci sinif şagirdi “ərə verilir”? – Video

Kürdəmirdə 8-ci sinif şagirdi “ərə verilir”? – Video

Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasiminin əks olunduğu görüntülər yayılıb.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.
O bildirib ki, Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasimi  görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı Dövlət Komitəsinə daxil olan məlumat dərhal Kürdəmir rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, eləcə də rayon Polis şöbəsinə göndərilib və faktın araşdırılmasına başlanılıb:
“Məlum olub ki, ailələr arasında  kiçik nişan mərasimi təşkil olunub. Azyaşlının valideynləri rayon polis şöbəsinə və Kürdəmir rayon İcra Hakimiyyətinə dəvət edilərək onlarla profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri onların  diqqətə çatdırılıb.
Daha sonra valideynlərin izahatları alınıb. qeyd olunub ki, onlar etdikləri əməldən peşmandırlar və övladları 18 yaşına çatanadək nikah mərasimi baş tutmayacaq. Azyaşlı təhsilini davam etdirəcək. Hər iki ailə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq”.
Daxili İşlər Nazirliyi də (DİN) məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Bakıvaxti.az-ın nişan mərasimindən yaydığı kadrları təqdim edirik:

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …