Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / İcra başçısı bu hərəkətinə görə tənqid olundu – FOTO

İcra başçısı bu hərəkətinə görə tənqid olundu – FOTO

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Cəlilabad şəhərində fəaliyyət göstərən 8 saylı körpələr evi-uşaq bağçasına ayaqqabı ilə daxil olması müzakirələrə səbəb olub.

Qaynarinfo.az xəbər verir ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətinin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.
Amma Rafiq Cəlilov verdiyi tapşırıqları elə 8 saylı körpələr evi-uşaq bağçasında özü pozub. Belə ki, icra başçısı müavinləri ilə bağçaya gedib. Onlar ayaqqabı ilə uşaq otaqlarına daxil olub. Hətta uşaqların gəzdiyi xalçanın üzərinə də ayaqqabı ilə çıxıb.

Bağçanın müdirəsi çəkələklə gəzdiyi halda, onlar ayaqqabı ilə mətbəxə də daxil olublar.

Rafiq Cəlilov 8 saylı uşaq bağçasında etdiyi səhvi həmin gün getdiyi Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında təkrarlamayıb. O, müavinləri ilə birgə 10 saylı uşaq bağçasında keçirilən Yeni il şənliyində iştirak edib. Bu dəfə onlar bağçaya ayaqqabılarının üzərinə selofan paket keçirməklə daxil olublar.

İcra başçısı bu hərəkətinə görə tənqid olundu -  FOTO
İcra başçısı bu hərəkətinə görə tənqid olundu -  FOTO
İcra başçısı bu hərəkətinə görə tənqid olundu -  FOTO
İcra başçısı bu hərəkətinə görə tənqid olundu -  FOTO

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …