Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Ermənilər Ağdamın məşhur Çay evini xarabalığa belə çevirib – VİDEO

Ermənilər Ağdamın məşhur Çay evini xarabalığa belə çevirib – VİDEO

Ağdamın simvolu hesab olunan məşhur çay evinin ermənilər tərəfindən necə məhv edildiyini əks etdirən görüntülər yayılıb.

Ərazidə olan rayon sakinləri çay evinin xarabalığa çevrildiyinin şahidi olublar. Onlar ərazini tanıya bilməyiblər.

Qeyd edək ki, Çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb. Çay evi layihəsinin baş memarı Naiq Səmədovdur. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə olub. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. Çay evini məscidin yaxınlığında tikilməsi qərara alınıbİnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilib. 1986-cı ilin iyulun 26-da Çay evinin açılışı keçirilib. 1993-cü ildə Çay evi Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılaraq məhv edilib. (unikal)

https://ok.ru/videoembed/2135117269603

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …