Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Başçının müavini danışdı: “3 medallı qaziyə ev düşmür“

Başçının müavini danışdı: “3 medallı qaziyə ev düşmür“

“Bütün qazilərimizdən, onların yaşayış səviyyəsindən xəbərimiz var, qaldı ki, o sosial şəbəkələrdə olan görüntülərə, deyə bilərik ki, qazimiz Məlik Məlikov hazırda Bakıda yaşayır”. 

Bunu Modern.az-a açıqlamasında Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova bildirib.

F.Sadıqova deyib ki, qazi Məlik Məlikov ev istəyir:

“O evlər əllilliyi olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun xəsarətləri yüngüldür, əlliliyi yoxdur. Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır”.

Başçının müavini əməkdaşımızın “Amma onlara balamız kimi qayğı göstərmirik, əks halda 100 manatı belə şişirtməzdik” fikrilə razılaşmayıb:

“Nə qədər verməliyik pul? 1000 manat? Büdcədə nə qədər  varsa, nə qədər imkan çatırsa, köməklik edirik. Bütün qazilərə necə lazımdır köməklik olunur, yaraları da müalicələri olunur. Rayonda iş olan kimi biz qaziləri işlə təmin edəcəyik. İlk sırada onlardır. Amma İcra Hakimiyyəti tərəfindən ev tikilməsi isə mümkün deyil. Büdcədə o qədər vəsait yoxdur. Çünki vətəndaşlara ev tikilmir, balaca rayondur, büdcəmiz kifayət etmir. Əlilliyi olsaydı, heç olmasa, “Yaşat” Fondu köməklik edərdi. İnşallah, o qazimizə dövlətimiz ev tikər”.

Qeyd edək ki, qazi Məlik Məlikovun yaşadığı evin fotolarının ictimailəşdirilməsi cəmiyyətdə geniş rezonans doğurub. 

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …