Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Bakı-Naxçıvan reysləri niyə təxirə salınıb? – Açıqlama

Bakı-Naxçıvan reysləri niyə təxirə salınıb? – Açıqlama

Naxçıvan aeroportunda güclü duman olması səbəbindən son 3 gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareysləri həyata keçirmək mümkün olmayıb.

Bunu APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P. Kəsəmənski deyib ki, hava şəraiti normallaşdıqdan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys bərpa olunacaq: “Bu halda AZAL bir gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınan bütün aviareysləri yerinə yetirəcək”.

Qeyd edək ki, son 3 gündə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 3 aviareys təxirə salınıb.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …