Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Daha 28 nəfər koronavirusdan öldü, yoluxma sayı azaldı – Foto

Daha 28 nəfər koronavirusdan öldü, yoluxma sayı azaldı – Foto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 220 599 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 196 734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21 104 nəfərdir.

Ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2 214 194 test aparılıb.

Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü,  yoluxma sayı azaldı - Foto

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …