Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Ağsunun susuz qalan Xanbulaq kəndi (VİDEO)

Ağsunun susuz qalan Xanbulaq kəndi (VİDEO)

Havanın temperaturunun artdığı bir vaxtda insanlar içməli suya həsrət qalıb. Böyükdən balacaya, hər kəs əlində qab su axtarışına çıxıb. 
Söhbət Ağsu rayonunun Xanbulaq kəndindən gedir. 
Kənd sakinləri əvvəllər içməli suya olan tələbatlarını qarşılamaq üçün su maşınlarından istifadə etsələr də, artıq buna imkanları yoxdur. Kəndi içməli su ilə təmin edən bir su anbarı var, o da indi boşdur. Sakinlər isə alternativ su mənbəyi kimi yeni artezian quyusunun qazılmasını istəyirlər. Bununla bağlı rayon rəhbərliyinə də məlumat verilib. Kəndin yaxınlığında 80 metrlik artezian quyusu qazılsa da, oradan da su çıxmayıb. 
Məsələ ilə bağlı Xanbulaq kəndinin icra nümayəndəsi Asif Mürşüdov bildirib ki, hazırkı vəziyyətdə həftədə bir dəfə olmaqla, kəndə su maşınları gətirilir, sakinlərə pulsuz paylanılır. Problemin köklü həlli üçün isə rəsmi qurumlarla danışıqlar aparılır.
Qaynarinfo Baku TV-yə istinadən kənddən reportajı təqdim edir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …