Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Ağstafada icra başçısının müavininin qardaşı heroinlə tutuldu

Ağstafada icra başçısının müavininin qardaşı heroinlə tutuldu

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.

“Report”un məlumatına görə, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin dünən keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır. 

Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonu Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanmışdı.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …