Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Ədəbiyyat müəllimi mis və alüminiuma yeni “həyat verir” – FOTO

Ədəbiyyat müəllimi mis və alüminiuma yeni “həyat verir” – FOTO

Döymələrə, əsasən, ağac və daş üzərində rast gəlirik. Xaçmazlı usta isə döymə sənətini əlvan metal üzərində inkişaf etdirir.

Rayonunun Mürşüdoba kənd sakini Zeydulla Ağayev 50 ildir ki, bu işlə məşğuldur. 

Əsərlərini mis və alüminium üzərində hazırlayan sənətkar daha çox ədəbiyyat və tarix mövzularına üstünlük verir. 

İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olan Z.Ağayev uşaq yaşlarından rəsm çəkməyə, 17 yaşından isə heç bir müəllimi olmadan eskizləri mis, alüminium üzərinə köçürməyə başlayıb.

Yüzlərlə əl işi olan sənətkarın hər bir işində xüsusi nəfəs hiss olunur. Nümunələr xarici turistlərin böyük marağına səbəb olub. Bu vaxta qədər onun 500-dən çox əsəri 42 ölkədən gələn turist tərəfindən alınıb. 

Z.Ağayev bildirir ki, metal üzərində əsər yaratmaq çox çətin və mürəkkəb prosesdir. Bu sənət ilk növbədə iti göz və böyük ustalıq kimi bir sıra vacib keyfiyyətlər tələb edir. Burada xalq yaradıcılığı, rəssamlıq qabiliyyəti, bədən cizgilərinin qabarmasının təbii alınması üçün heykəltəraşlıq bacarığı, metallardan rəng almaq üçün mütləq kimyanı müəyyən qədər bilmək lazımdır. Bir sənət nümunəsinin ərsəyə gəlməsinə isə günlərlə, hətta aylarla vaxt sərf edilir. 

Z.Ağayevin gələcək arzusu bu sənəti əbədiləşdirməkdir.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …