Şənbə , Aprel 27 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda Medianın İnkişafı Agentliyi yaradılır

Naxçıvanda Medianın İnkişafı Agentliyi yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də bununla bağlı fərman imzalayıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” və “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi” təsdiq edilib.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …