Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Bu rayonlar susuz qalıb – VİDEO

Bu rayonlar susuz qalıb – VİDEO

Ötən illə müqayisədə bu il Araz su anbarına su daha az yığılıb. Füzuli, Beyləqan, Ağcabədi, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabadda suvarma suyunun təminatı ilə bağlı çətinliklər yaşanıb.

Bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov deyib.

O bildirib ki, sözügedən bölgələrdə su ilə bağlı yaşanan problem Mingəçevir su anbarının köməkliyi ilə aradan qaldırılıb.

Qulu Kərimovun sözlərinə görə, Kür çayının aşağı zonasında yerləşən Neftçala və Salyan rayonlarında da su çatışmazlığı var. Problemi aradan qaldırmaq üçün Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları, o cümlədən Kür çayı üzərində yerləşən nasos stansiyalarına limitlər qoyulub.

Qulu Kərimov deyib ki, hazırkı vəziyyətdə yeganə çıxış yolu mövcud su mənbələrindən və su ehtiyatlarından səmərəli istifadə etməkdir.

Qurum rəsmisinin sözlərinə görə, su istifadəçiləri arasında suyun ədalətli bölüşdürülməsi üçün ötən ildən etibarən 54 region üzrə suvarma qrafikləri tərtib edilib. Bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilib. Su istifadəçiləri sayta daxil olaraq həmin qrafikə əsasən su növbələri barədə məlumat əldə edə bilərlər.

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …