Bazar ertəsi , May 20 2024
Ana səhifə / Editor (səhifə 5141)

Editor

Azərbaycan manatı devalvasiya üzrə dünya lideri oldu

Azərbaycan manatı, Qazaxıstan təngəsi və Zambiya kvaçası 2015-ci ilin devalvasiyası üzrə lider olublar. Virtualaz.org bildirir ki, bu barədə “Blomberg” məlumat yayıb. Dördüncü və beşinci yerləri Belarus rublu və Argentina pesosu tutur. Devalvasia liderlərinin siyahısında yeddinci yerdə Ukrayna qrivnası qərarlaşıb. O ötən il də həmin siyahıda olub. Bildirilir ki, Ukrayna birjalarının …

Ətraflı oxu »

Səhiyyə nazirinin müavini: “Akif Çovdarova 1 milyon ver…”

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib. Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib. Nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub. Məlumata görə, generalı Akif Çovdarov hələ 2006-cı ildə Adil Məmmədovu yanına …

Ətraflı oxu »

Bəzi rayon və şəhər müəllimlərinin maaşının artırılması qaydası qüvvəyə mindi

Bu gündən etibarən Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin əmək haqları artımla hesablanacaq. “Report” xəbər verir ki, əmək haqqı artımı prezident İlham Əliyevin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncama uyğun olaraq həyata keçiriləcək. Sərəncama uyğun olaraq, regionlarda keçirilən …

Ətraflı oxu »

Şadlıq sarayında bomba həyəcanı

Dekabrın 30-da Xaçmazdakı şadlıq saraylarının birinə bomba qoyulması barədə yalan məlumat verən telefon dələduzu tutulub. ANS PRESS-in məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsinə rayonun “Almas” şadlıq sarayına bomba qoyulması haqda məlumat daxil olub. Məlumatı özünü Samir Süleymanov kimi təqdim edən şəxs verib. Hadisə yerinə dərhal polis əməkdaşları …

Ətraflı oxu »

ABŞ-da anti-Azərbaycan akta qarşı etirazlar başladı

ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ABŞ Konqresində Azərbaycana qarşı irəli sürülən ermənipərəst qanun layihəsinə etiraz kampaniyasına start veriblər. “Trend”in Dailykarabakh-a istinadən verdiyi məlumata görə, ermənipərəst konqresmen Kristofer Smit tərəfindən irəli sürülmüş qərəzli qanun layihəsinə etiraz edən müvafiq elektron petisiya yaradılıb. Petisiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan (Paul Ryan), …

Ətraflı oxu »

ATƏT-ə sədrlik Almaniyaya keçib

Yanvarın 1-dən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyi Serbiyadan Almaniyaya keçib. Almaniya 2016-cı il boyunca təşkilata rəhbərlik edəcək.Qeyd edək ki, ATƏT-ə sədr dəyişikliyi rotasiya əsasında hər il baş verir. Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT Nazirlər Şurasının dekabrın 3-də Belqradda keçirilən 22-ci iclasında ölkəsinin sədrliyi …

Ətraflı oxu »

Hərbi xidmətə çağırış başladı

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2016-cı il yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc əsgəri xidmətə yollanacaq. Sərəncama əsasən, 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı …

Ətraflı oxu »

Milyardları necə ələ keçirdi? – VIDEO

Dekabrın 29-da Kiyevdə “Huismisterputin” (Cənab Putin kimdir) filminin təqdimatı olub. Valeri Balayanın çəkdiyi sənədli filmdə Rusiya prezidenti Vladimir Putinin “əsl həqiqətdə kim olduğu” araşdırılıb. Filmdə Putinin özü üçün yaratdığı imic sadə həyat tərzi sürən, bütün vaxtını rus dövlətçiliyinin qorunmasına yönəldən, təvazökar rəhbər obrazı şübhə altına alınır. Milyardlarla dollar pulun Putinin ailə …

Ətraflı oxu »

Cəbhədə vəziyyət gərgindir – Son xəbər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub. Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy …

Ətraflı oxu »