Ana səhifə / Sosial / ATƏT-ə sədrlik Almaniyaya keçib

ATƏT-ə sədrlik Almaniyaya keçib

Yanvarın 1-dən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyi Serbiyadan Almaniyaya keçib.

Almaniya 2016-cı il boyunca təşkilata rəhbərlik edəcək.Qeyd edək ki, ATƏT-ə sədr dəyişikliyi rotasiya əsasında hər il baş verir.
Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT Nazirlər Şurasının dekabrın 3-də Belqradda keçirilən 22-ci iclasında ölkəsinin sədrliyi dönəmində prioritetləri açıqlayıb. Nazir üç əsas istiqamətdə işləmək lazım olduğunu vurğulayıb: böhranlara reaksiya vermək; katibliyin, sahə missiyalarının və təşkilatların gücləndirilməsi; təhlükəsizliyin artırılması.(Report)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın