Cümə axşamı , May 9 2024
Ana səhifə / Editor (səhifə 5140)

Editor

​Putin: “Biz quyruq bulamırıq və mövqeyimizi də dəyişmirik”

Rusiya üçün Suriya böhranının nizamlanması məsələsində həm Suriya prezidenti Bəşər Əsəd, həm də ABŞ prezidenti ilə eyni dərəcədə işləmək asandır. “Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bir hissəsi “Rossiya 1” telekanalı ilə yayımlanan Vladimir Solovyovun “Miroporyadok” sənədli filmində göstərilən müsahibəsində bildirib. “Suriya böhranı üçün demək yerinə düşərdi: …

Ətraflı oxu »

Avropa Azərbaycanla da vizanı ləğv edə bilərmi?

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Gürcüstan və Ukrayna üçün viza rejimini ləğv edir. Aİ-nin bəyanatında Ukrayna və Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimə keçmək üçün bütün lazımi tələbləri yerinə yetirdiyi bildirilib. Bəs Azərbaycanın Avropa İttifaqı ilə viza rejimini ləğv etməsi məsələsi nə dərəcədə aktualdır? Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası …

Ətraflı oxu »

Bakıda yenə dollar ajiotajı: məzənnə artır, alıcı çoxalır…

Bu gün Bakının valyutadəyişmə məntəqələrində yenə ajiotaj yaşanıb. Bir çox məntəqələr dollar satmaqdan imtina edib, yaxud da satışı əhəmiyyətli dərəcədə azaldıb. Səbəb növbəti devalvasiya narahatlığıdır. Valyutadəyişmə məntəqələri bu addımı dolların bahalaşacağı barədə gəzən şayiələrə əsaslanaraq atıb. Öz növbəsində bu şayiələrə də əsas var. Belə ki, Amerika Mərkəzi Bankı (FED) dolların …

Ətraflı oxu »

Son 20 ildə Naxçıvanda əhalinin sayı 105,6 min nəfər artıb

Son 20 ildə Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı 105,6 nəfər artıb. “Report” Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, muxtar respublikada əhalinin sayı 1 yanvar 1996-cı il tarixə nisbətdə 105,8 min nəfər artaraq 443 579 nəfər təşkil edib. Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar …

Ətraflı oxu »

İŞİD yaraqlılarının qadınlara qarşı zorakılığı – ŞOK GÖRÜNTÜLƏR

Bütün bunlar qadınların ərləri və uşaqlarının gözləri qarşısında baş verir. İnternetdə İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən qadınlara qarşı edilən zorakılığın videosu yayılıb. Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, terrorçular cinsi köləlik üçün qadınları girov götürüblər. Yaraqlılar gənc qız və qadınların ailələrindən məcburən alaraq seks köləliyinə satmağa aparırlar. Bütün bunlar qadınların …

Ətraflı oxu »

DİN Şamaxıdakı partlayışla bağlı məlumat yayıb

Şamaxıda partlayış hadisəsi qeydə alınıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şamaxı şəhərində yaşayan Aytən Dadaşovanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Hadisə zamanı yanıq xəsarəti almış A.Dadaşova xəstəxanaya yerləşdirilib.

Ətraflı oxu »

“Daha heç kim o xahişlə Şuraya gəlməsin” –Fərasət Qurbanovdan QHT-lərə xəbərdarlıq

“Bundan sonra layihəsi keçməyən QHT-lərin təqdim etdikləri layihələri istəsələr, mediada dərc etməyə hazırıq”. Türküstan.info saytı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Fərasət Qurbanov qurumun 2016-cı il üçün elan etdiyi qrant müsabiqəsi ilə bağlı keçirdiyi məlumatlandırma sessiyasında söyləyib. O, həmçinin, qeyd edib …

Ətraflı oxu »

“Azərpoçt”un 18 əməkdaşı işdən azad edildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir. Son bir həftə ərzində nazirliyə məxsus “Azərpoçt” MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib. Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib. Eyni zamanda nazirliyin “Rabitə dünyası” qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib. Məlumata görə, …

Ətraflı oxu »

Əliyev-Sərkisyan görüşü başladı

ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın görüşü başlayıb. Bu barədə məlumatı Ermənistan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan “twitter” səhifəsində paylaşıb. Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb. Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları …

Ətraflı oxu »

Azərbaycanlı “avtoş” Tiflisi bir-birinə qatdı

Cümə günü Gürcüstanın paytaxtı Tiflisdə azərbaycanlının hərəkəti böyük səs-küyə səbəb olub. Dekabrın 18-də gürcülər Gürcüstanın Avropa ilə viza rejiminin ləğv edilməsini Tiflisdə bayram ediblər. Avropaya vizasız gediş-gəlişlə bağlı razılaşmanı bayram edən zaman bir azərbaycanlı Tiflisin mərkəzində “Hammer” markalı avtomobillə “avtoşluq” edib. Bunu görən gürcülər azərbaycanlının yolda etdiyi qanun pozuntularını telefon …

Ətraflı oxu »