Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bəzi rayon və şəhər müəllimlərinin maaşının artırılması qaydası qüvvəyə mindi

Bəzi rayon və şəhər müəllimlərinin maaşının artırılması qaydası qüvvəyə mindi

Bu gündən etibarən Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin əmək haqları artımla hesablanacaq.

“Report” xəbər verir ki, əmək haqqı artımı prezident İlham Əliyevin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncama uyğun olaraq həyata keçiriləcək.

Sərəncama uyğun olaraq, regionlarda keçirilən qiymətləndirmədən uğur əldə edən müəllimlərin dərs yükü norması artıq yeni qaydalarla – 18 saatlıq stavka üzrə yeni qaydalarla hesablanacaq. Orta hesabla 1,5 dəfə dərs yükü norması, iki dəfə isə əmək haqqı artırılacaq. Orta hesabla bir dərs saatının dəyəri təxminən 35 faiz artacaq.

Xatırladaq ki, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin ixtisasartırması zamanı da nəzərə alınacaq.

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın