Bazar ertəsi , May 13 2024
Ana səhifə / Editor (səhifə 1066)

Editor

“Proqres 2016” MTK qurbanları ayağa qalxdı: Emil Səməndərovun həbsi istənilir – VIDEO

Abşeron rayonunda bina tikən “Proqres 2016” MTK-nın aldatdığı vətəndaşlar ayağa qalxıb. Şirkətin sahibi Emil Səməndərov mənzil sahiblərini süründürür. Şikayətçilərin saytımıza dediyinə görə, Xırdalanda tikilən binanı təhvil vermirlər. Narazı vətəndaş Bənövşə Quliyeva deyir ki, “Emil Səməndərov, Kənan və Şəhriyar müəllim gəldilər ki, iki aya pulu qaytaracağıq, neçə ildir ki, vermirlər. Evi …

Ətraflı oxu »

Rasim Məmmədov qardaşının istintaqa verdiyi ifadədən danışıb

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İttihama görə Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutarkən sui-istifadə hallarına yol verib, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz …

Ətraflı oxu »

Damlanın klipini “Youtube”dan sildirdilər – Foto

Müğənni Damlanın 5 milyona yaxın izlənmə sayı olan “Mən razı” klipi  “Youtube” kanalından silinib. Bu barədə ifaçı sosial şəbəkədə məlumat verib. Damla saxta blokla mahnısının bağlatdırıldığını bildirib: ““Mən razı” adlı mahnımız “Youtube” kanalımdan sildirildi. Saxta blokla mahnımızı bağladılar. Uğurun zamanını gecikdirmək olar, amma əsla qarşısını almaq mümkün deyil. Zamanınızı və pulunuzu daha səmərəli istifadə edin. …

Ətraflı oxu »

Tarif Şurasından yeni QƏRAR: Bu xidmətin qiyməti noyabrın 1-dən artırılır – VİDEO

Ev telefonlarından istifadəyə görə aylıq abunəhaqqı oldu 3 manat 50 qəpik. Şəhərlərarası danışıq tariflərinin qiyməti isə 5 qəpikdən 3 qəpiyə endirildi. Aidiyyəti qurum belə bir açıqlama verib ki, qiymət dəyişikliyində məqsəd xidmət keyfiyyətini artırmaq və şəhərlərarası danışığı daha əlçatan etməkdir. Maraqlıdır ki, hazırda şəhərlərarası danışıq tarifləri ilə bağlı özəl operatorların …

Ətraflı oxu »

SOCAR bu foto ilə bağlı açıqlama yaydı

Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının tərcümə zamanı rəsmi saytda yanlış yazılmasına dair məlumat yayılıb. İddiaya görə, hazırda saytın ingilis dili versiyasına giriş mümkün olmasa da, orada X.Yusifzadənin adı “Happy Yusifzadeh” kimi qeyd edilib.  “Qafqazinfo” xəbər verir ki, məsələyə SOCAR münasibət bildirib. Qurumun rəsmi feysbuk səhifəsində edilən paylaşımda qeyd olunur ki, görüntünün şirkətlə heç bir …

Ətraflı oxu »

“Oturun, qərar qəbul edin” – Lukaşenkodan Ermənistana

“Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko videokonfrans formatında keçirilən KTMT sammitində deyib. Belarus Prezidenti bəyan edib ki, Minsk Bakı, Moskva və İrəvanın Azərbaycan-Ermənistan sərhədində nizamlanma ilə bağlı istənilən razılaşdırılmış qərarını dəstəkləyəcək. Onun fikrincə, ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi tələb edən …

Ətraflı oxu »

Pənah Hüseyn pensiya yaşına çatdı

Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 65 yaşı tamam olub. Bununla da P.Hüseyn pensiya yaşına çatmış hesab olunur. Qeyd: O, 1957-ci ildə Sabirabad rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı …

Ətraflı oxu »

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub. Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcəklər. AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov …

Ətraflı oxu »

“Qarabağ və Şərqi Zəngəzurun bərpasında ən çox dəstək verən qardaş Türkiyədir”

“Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir”. Bu, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda öz əksini tapıb. “Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da …

Ətraflı oxu »

Yol polisi Arif Hacılını niyə saxlayıb? (AÇIQLAMA)

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.Bu barədə Qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, partiya rəhbəri yol hərəkəti qaydalarını pozmaqda ittiham olunub:“Həyat yoldaşı da maşında olub. Hadisə yerinə başqa polis briqadası çağırılıb və Arif bəy idarəyə aparılıb. Hazırda telefonuna zəng çatmır. Nəticənin nə olduğunu deyə bilmərəm. …

Ətraflı oxu »