Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Pənah Hüseyn pensiya yaşına çatdı

Pənah Hüseyn pensiya yaşına çatdı

Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 65 yaşı tamam olub.

Bununla da P.Hüseyn pensiya yaşına çatmış hesab olunur.

Qeyd: O, 1957-ci ildə Sabirabad rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Azərbaycan Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləyib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Rus və ingilis dillərini bilir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …