Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

Azərbaycanı İsraildə keçiriləcək dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcəklər.

AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 – 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …