Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Tarif Şurasından yeni QƏRAR: Bu xidmətin qiyməti noyabrın 1-dən artırılır – VİDEO

Tarif Şurasından yeni QƏRAR: Bu xidmətin qiyməti noyabrın 1-dən artırılır – VİDEO

Ev telefonlarından istifadəyə görə aylıq abunəhaqqı oldu 3 manat 50 qəpik. Şəhərlərarası danışıq tariflərinin qiyməti isə 5 qəpikdən 3 qəpiyə endirildi.

Aidiyyəti qurum belə bir açıqlama verib ki, qiymət dəyişikliyində məqsəd xidmət keyfiyyətini artırmaq və şəhərlərarası danışığı daha əlçatan etməkdir.

Maraqlıdır ki, hazırda şəhərlərarası danışıq tarifləri ilə bağlı özəl operatorların daha sərfəli təklifləri var. Məsələn, mobil telefon ilə 1 saatı 7 qəpiyə danışmaq mümkündür. Ev telefonu ilə isə bu qiymət 1 manat 80 qəpik edir. Hansının daha sərfəli olduğunu özünüz seçin.

Sabit şəbəkə telefonlarından istifadə haqlarının artırılması xidmətin keyfiyyətinin yüksəldilməsinə hesablanıb. “Aztelekom” və “Bakı Telefon Rabitəsi” dövlət şirkətlərinin mətbuat katibi Alidə Mustafayeva deyir ki, qiymət artımı ilə bağlı dünyada baş verən tendensiyalar da bu qərarın verilməsinə təsir edib.

Bununla belə, Azərbaycandakı artımdan sonra belə, qiymət digər ölkələrdən xeyli aşağıdır…

Alidə Mustafayeva deyir ki, qiymətin artırılması həm kapital qoyuluşuna, həm də xidmətin keyfiyyətinin artırılmasına təsir edəcək. Abunəhaqqını aylar əvvəldən ödəmiş abunəçilərin balansı isə yeni tarifə uyğun yenidən hesablanacaq.

Qeyd edək ki, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Şəhərlərarası danışıq tariflərinin qiyməti isə 5 qəpikdən 3 qəpiyə endirilib. Qaydalar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.

Şəhərlərarası danışıq tariflərinin qiymətindəki ucuzlaşma ilə əlaqədar olaraq isə bildirildi ki, məqsəd sabit şəbəkə telefonlarından istifadəyə marağı artırmaq və şəhərlərarası danışıqları daha əlçatan və sərfəli etməkdir. Bu yerdə bir maraqlı məqamı diqqətinizə çatdıraq ki, Azərbaycanda yerli mobil operatorlar bölgələrarası danışıqlar üçün daha sərfəli paketlər təklif edirlər.

Belə paketlər arasında hətta bir danışıq saatının qiyməti 7 qəpiyə olanı da var. Bu vəziyyətdə istifadəçilər özləri qərar versinlər: sabit telefonla bir saat danışıq üçün 1 manat 80 qəpik ödəməkmi, yoxsa özəl operatorun 7 qəpiklik tarifinə qoşulmaqmı daha sərfəlidir?

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …