Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Araşdırma / “Yetər” Lombardının sahibi Eldar Mahmudovun adamı olduğunu özü sübut etdi – İDDİA

“Yetər” Lombardının sahibi Eldar Mahmudovun adamı olduğunu özü sübut etdi – İDDİA

Xeyli vaxtdır “Yetər” lombardı haqqında KİV-lərdə ciddi fikirlər səsləndirilir, bu lombardın Eldar Mahmudovun kirli pullarını dövr etdirməsi haqqında şikayətçilər tərəfindən iddialar irəli sürülür.
Bu dəfə isə lombardın müştərisi olan və burada bir sıra haqqsızlıqlarla üzləşən Rauf Məmmədov bu lombardın həqiqətən Eldar Mahmudova məxsus olduğunu Sevinc Abbasovanın özünün tərəfindən sübuta yetirildiyini deyir.
Saytımıza növbəti açıqlamasında şikayətçi bildirir ki, iki gün öncə Sevinc Abbasova qəzetlərdən birində rəhbərlik etdiyi lombard barədə yazılanlara açıqlama verib və yazılanların hamısını böhtan adlandırıb. Qeyd edib ki, lombard müəssisəsi ilə vətəndaşlar arasında bağlanmış bütün müqavilələr üzrə öhdəliklər yalnız qeyd olunmuş şərtlər əsasında həyata keçirilir.
Sevinc Abbasova  bu qəzet vasitəsilə “himayədarları” mövzusunda da irəli sürülmüş iddialara aydınlıq gətirib. “Bu xüsusda Sevinc xanım qəti şəkildə bildirdi ki, onun heç bir vaxt nə keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla, nə onun xanımı ilə, nə də Mahmudovların hər hansı bir digər ailə üzvü və ya qohumları ilə tanışlığı olmayıb.”
Əlbəttə, bunları səsləndirmək Sevinc Abbasovanın haqqıdır və onu istənilən tribunadan söyləyə bilər.
Rauf  Məmmədovsa həmin yazını oxuyanda həm təəccübləndiyini, həm də çox sevindiyini yazır. Sevinməyinin səbəbi isə Sevinc Abbasovanın fikirlrini çap edən qəzetin vaxtı ilə Eldar Mahmudova xidmət etməsi və onun məkrli əməllərinin təbliğatçısı olmasıdır. Hətta bu fikirini əsaslandırmaq üçün “baki-xeber.com” saytında çap edilən “Reket qəzetlərlə Çaplin sayağı əməkdaşlıq” adlı bir yazıdan sitat da gətirir. “Adları bir vaxtlar reket qəzetlər siyahısına salınmış və düz yola qayıtmaq vədinə mötəbər Mətbuat Şurasını inandırmaqla aradan çıxmağa müvəffəq olmuş, lakin köhnə əməllərdən əl çəkməyən belə qəzetlərin siyahısı, şübhəsiz ki, yaxınlarda genişləndiriləcək və MTN-çilərlə Çaplinsayağı iş qurmuş “reket qəzetlər”in tam siyahısını görə biləcəyik.
Əldə etdiyimiz məlumata görə, artıq Mətbuat Şurasında bu qəzetlərin reket fəaliyyəti ilə bağlı saysız şikayət faktları var və şuranın şikayətlər komissiyası yaxın vaxtlarda bu şikayətlərə baxmağı planlaşdırır”.
Rauf Məmmədovun fikirincə lombard sahibi fikirlərini söyləməyə yer tapa bilmədiyindən və ya bəlkə də düşünmədən Eldar Mahmudovun qəzeti kimi tanınan mətbuata üz tutub, bununla da lombardın keçmiş nazirə məxsus olduğunu özü də bilmədən sübut etmiş olub. Yəni özünün ilişdiyini hiss edən Sevinc Abbasova nicatını Eldar Mahmudovun qəzetlərində axtarır, bu zaman özünü daha da dolaşdırdığının fərqində olmur…
moderator.az

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın