Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Yanacağın keyfiyyətsizliyi sürücüləri cana yığıb: “Hər 10 litrdən yarım litr “kəsirlər” – VİDEOSORĞU

Yanacağın keyfiyyətsizliyi sürücüləri cana yığıb: “Hər 10 litrdən yarım litr “kəsirlər” – VİDEOSORĞU

Azərbaycanda yanacağın keyfiyyətsizliyi ilə bağlı çoxsaylı şikayətlər var. Sürücülər hesab edir ki, yanacağın keyfiyyətsiz olması avtomobilləri tez sıradan çıxarır. Sosial şəbəkələrdə də texniki təmir məntəqəsinə gətirilən avtomobilin yanacaq çənindəki filtri və süzgəcinin içindən zibilin, çöküntünün çıxdığını isbat edən çoxsaylı videolara rast gəlinir. Mütəxəssislər də bu problemin məhz yanacağın keyfiyyətinin bərbad olması, avtomobilin sıradan çıxaraq işləməməsinə səbəb olduğunu deyir.

Əksər sürücülər isə yanacağın keyfiyyətsizliyi ilə yanaşı yanacaqdoldurma məntəqələri ilə də problem yaşayırlar.

İddia edirlər ki, yanacaqdoldurma məntəqələri onları aldadır: “Düşünürük ki, benzinin hər 10 litrində 500 qram əksik vurulur. Bunu isbat etmək üçün 5 litrlik qabı yanacaqdoldurma məntəqəsinə aparıb, yoxlaya bilərsiniz. 5 litrlik qabın tam dolmadığını görəcəksiniz. Ən azı 250 qram yanacağın əskik olduğunun şahidi olacaqsınız. Ancaq bir şeyə də diqqət edin ki, şəffaf qabları hər aparatdan deyil, yalnız özlərinin təyin etdiyi “düzgün işlərən” aparatla doldururlar. Əgər məqsədiniz yoxlamaqdırsa, avtomobillərin yanacaq çətinə benzin vuran aparatlardan doldurulmasını tələb edin. Çünki özləri bir aparatı seçir və litrlə yanacaq alan sürücülər üçün nəzərdə tuturlar. Yanacaqdoldurma məntəqələrinin əksəriyyəti litrlə alan sürücülərə qapalı və üzəri bağlı dəmir qablarda yanacaq satmağa üstünlük verirlər. Belə olan halda yanacağın nə qədər az vurulması nəzərə çarpmır. Sürücüləri aldatmağın asan yoludur”.

Musavat.com-un müxbiri yanacağın keyfiyyətini öyrənmək üçün sürücülər arasında sorğu keçirib.

“Yanacağın keyfiyyətindən və yanacaqdoldurma məntəqələrinin göstərdiyi xidmətdən razısınızmı? sualı ilə sürücülərin fikirlərini öyrənməyə çalışıb.

Paytaxt sürücüləri arasında keçirdiyimiz sorğu zamanı, əksəriyyəti analoji hallara bütün yanacaqdoldurma məntəqələrində rast gəlindiyini bildirdilər. Həmçinin yanacağın keyfiyyətindən narazı olduğunu dilə gətirənlər də oldu.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …