Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / “Xalan qızını anası ilə birlikdə qaçıracağam” söhbəti qanla bitib

“Xalan qızını anası ilə birlikdə qaçıracağam” söhbəti qanla bitib

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin xalası oğlunu öldürməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib.

İ.Sadıqovun xalası Ramilə Nəbiyeva ifadə verərək deyib ki, İbrahim hadisəni törətdikdən sonra onlara gəlib: “Dedi İslamı vurmuşam, onu danladım. İbrahim özündə deyildi, çox əsəbi adamdır. Ona görə də hamı onunla ehtiyatlı davranırdı. Tez özündən çıxırdı. Bildiyimə görə həmin adamı da söyüşə görə vurub. Ölən oğlan bunu söyüb, bu da vurub”.

Qeyd edək ki, ötən iclasların birində İ.Sadıqov ifadə verərək İslam Hüseynovu söyüşə görə öldürdüyünü deyib: “Mən telefonla danışanda ona zarafatla dedim ki, xalan qızını anası ilə birlikdə qaçıracağam. Buna görə mübahisəmiz düşdü. Telefonda danışanda dedi ki, sənin bağırsaqlarını tökəcəm, doğrayacam səni. Belə dediyi üçün özümlə bıçaq götürdüm. Mənə var-yox, namus və qeyrət söyüşləri söydü. Məni vurmaq istəyəndə onu vurdum”.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın