Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / Xadiməni döydüyü deyilən direktor danışdı

Xadiməni döydüyü deyilən direktor danışdı

Ağsu rayonunda orta məktəb direktoru haqqında polisə şikayət edilib.

Hadisə ilə bağlı ANSPRESS məktəb direktorunun özü ilə əlaqə saxlayıb. Maarif Səmədov qadını döymədiyini bildirib. Onun sözlərinə görə, xadiməyə sadəcə qışqırıb və onun qolundan tutub: “Mənim 60 yaşım var. Rəsiqə mənim şagirdim olub. Dəfələrlə işə gecikirdi. Dedim izahat yaz. İmtina etdi. Ərklə qolundan tutdum və qışqırdım. Allaha and olsun ki, onu vurmamışam. Bu yaşda mənə yaraşmaz”.

Rayon Təhsil Şöbəsinin rəis müavini Adil Kərimovun sayta verdiyi məlumata görə, hadisə barədə xəbərdardırlar: “Hazırda araşdırma aparırıq. Məktəb direktoru və xadimə üzləşdiriləcək. Araşdırmalardan sonra hadisənin əsl mahiyəti məlum olacaq”.

Təhsil Nazirliyindən də hadisənin araşdırıldığını bildiriblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, əgər şikayət təsdiqini taparsa, məktəb direktoru şiddətli şəkildə cəzalandırılacaq.

*    *    * 11:40

Azərbaycanın təhsil sistemində daha bir biabırçılıq olub.

Belə ki, Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib.

AzNews.az xəbər verir ki, rayonun Keçdiməz kənd orta məktətinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb.

Ağsu Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi Hüseyn Mənsimli faktı təsdiqləyib. Bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucovanın döyüldüyünü təsdiq edir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

Kənd sakinlərinin sayta verdiyi məlmata görə, bu, M.Səmədovun ilk belə əməli deyil. Bir neçə il əvvəl o, məktəbin şagirdini döydüyü üçün vəzifədən uzaqlaşdırılıbmış. Lakin Ağsu Rayon Təhsil Şöbəsi onu yenidən məktəbə direktor təyin edib. Bu isə təəccüblü deyil. Saytın əldə etdiyi məlumata görə, sözügedən şöbənin rəhbəri Tahir Xasıyev M.Səmədovun əmisi oğludur.

Xatırladaq ki, analoji hadisə ötən il Ağcabədi rayonunda da baş vermişdi. Rayonda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbinin direktoru Hidayət İbrahimov müavini və qohumu ilə birlikdə xadiməyə şiddət göstərmişdi. Məktəb müəllimlərindən biri (həyat yoldaşı) döyülən xadiməni huşsuz vəziyyətdə tapmışdı.

Bundan əlavə, Abşeron royunda da oxşar hadisə baş vermişdi. Məktəb direktorunun öz yaxınları ilə birlikdə xadiməyə şiddət göstərməsi bir meddət mətbuatın gündəmində olmuşdu.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın