Bazar , Yanvar 24 2021
Ana səhifə / Araşdırma / Xədicə İsmayılın həbsinə səbəb olan gənc üzə çıxdı: “Məndən əl çəkin”

Xədicə İsmayılın həbsinə səbəb olan gənc üzə çıxdı: “Məndən əl çəkin”

Tural Mustafayev həbsdəki jurnalistə müraciət etdi: “Əfv yazmaq istəsən, bunu elə birinci ildə də edə bilərsən…”

AzadlıqRadiosunun əməkdaşı, hazırda həbsdə olan Xədicə İsmayılın həbsinə səbəb olan Tural Mustafayev bir neçə günlük fasilədən sonra yenidən üzə çıxdı.
Məlumdur ki, T.Mustafayev jurnalistin məhkəməsinə gələrək, daha öncə istintaqda onun əleyhinə vermiş olduğu ifadən imtina etmiş, ondan sonra isə ortalıqlarda görünməmişdi.
T.Mustafayev avqustun 23-də sosial şəbəkədə yazdığı statusla yeni məqamlara toxunub: “Rasim Əliyev öldü! Migəçevirdə bir gənc öldü. Lap sabah mən də öldüm. Nə olacaq axı? Kimə güvənirsən? Avropa Birliyinə? NATO-ya? Amerikaya? Yoxsa min illər boyunduruq altında olan “Azərbaycan” xalqına? Hansı ki, min illər boyu tatar, türk, monqol, ləzgi, ya da Azərbaycan milləti olmağına inanmayan, seçkiləri 70 manata saxtalaşdıran millətə inanırsan? Məni 26-da məhkəməyə mövqeyimi müəyyənləşdirməyə çağırırsan. Lap yaxşı, mən gəldim və dedim ki, mənim mövqeyim vəkilimlə üst-üstə düşmür. Nə olacaq? 9 ildən işini 5 ilə endirəcəklər? Ya 9 il olsun, ya 5 il olsun. Əfv yazmaq istəsən, elə bunu birinci ildə edə bilərsən. Daha 5 il, ya da 9 il gözləməyə dəyməz. Sənin vicdanın kimi mənim vicdanım da təmizdir. İnanmaya bilərsən. Nə vaxtsa imkan olsa, hakimiyyət dəyişsə, arxivlər açılsa, hər şey gün kimi aydın olacaq. Mən səndən fərqli olaraq, heç kimə güvənmirəm. Sadəcə, özümə güvənirəm və inanıram ki, hər şey mənə də qismət olacaq, mən qisasımı alacam. Sadəcə, istəyim odur ki, məndən əl çəkin. Mən sizdən fərqli olaraq, haqqımı tələb etmək istəyirəm. Aktyorluq eləmək istəmirəm!!!”

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …

Bir cavab yazın