Ana səhifə / Araşdırma / Vəzifəli şəxsin həyat yoldaşının qatili türmədə öldü – Rəsmi

Vəzifəli şəxsin həyat yoldaşının qatili türmədə öldü – Rəsmi

Cəzaçəkmə müəssisəsində məhkum məhkumu qətlə yetirib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata bildirilib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan Həsən Əliyevlə digər məhbus Famil Hüseynov arasında mübahisə baş verib.
Mübahisə nəticəsində Famil Hüseynov yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır(ANS).
Onu da xatırladaq ki, dünən də həbsxanada cəza çəkən məhkum vəfat edib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını qətlə yetirən Əlaqif Abbasov qəflətən dünyasını dəyişib.
Ədliyyə Nazirliyindən isə ölən şəxsin nazirliyə məxsus Müalicə Müəssisələrindən birində ürək çatışmamazlığından, böyrək xəstəliklərindən və başqa bir neçə xəstəliyə görə müalicə olunması bildirilib. Onun meyiti məhkəmə tibbi ekspertizasına göndərilib, məhkumun ölmə səbəbləri müəyyən edildikdən sonra ailəsinə təhvil verilib.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın