Ana səhifə / Araşdırma / “Veysəloğlu”nun satış meneceri apellyasiya şikayəti verib

“Veysəloğlu”nun satış meneceri apellyasiya şikayəti verib

Mənimsəmədə təqsirləndirilən Nahid Axundov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası martın 7-nə təyin edilib.
İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, N.Axundov “Veysəloğlu” MMC-də satış meneceri olub. O, 12 min manat pulu mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Hökmdən narazı qalan N.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın