Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Vəkil: “Lotu Quli”nin azad olunması üçün anası əfv ərizəsi yazıb” 

Vəkil: “Lotu Quli”nin azad olunması üçün anası əfv ərizəsi yazıb” 

“Qanuni oğru”, hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Lotu Quli” ləqəbli Nadir Səlifovun üçdəbirlə azadlığa çıxması məsələsi yenidən gündəmə gəlib. Məlumatlara görə, 21 ildir ki, həbsdə yatan “Lotu Quli”nin azadlığa çıxarılması üçün onun ailə üzvüləri və yaxınlarına əfv ərizəsi yazması təklif olunub.

Məsələ ilə bağlı Nadir Səlifovun vəkili Təranə Əliyeva Cebhe.info-ya açıqlamasında deyib ki, “Lotu Quli”nin azadlığa çıxması üçün bütün instansiyalara müraciət olunub:

“Bu adam artıq 21 ildir ki, həbsdə yatır. Biz də istəyirik ki, nəhayət ki, azadlığa çıxsın. Bildiyim qədər onun azadlığa buraxılması üçün əfv ərizəsi yazılmayıb. Amma bütün yerlərə müraciət etmişik. Hələlik gözləyirik. Əslində Nadir Səlifovun anası tərəfindən bir il əvvəl əfv ərizəsi yazılmışdı, amma heç bir nəticəsi olmayıb. Amma təzəlikcə yazılmayıb. Müvəkkilimin ailə üzvlərinin yenidən əfv ərizəsi yazmaları onların hüququdur. Bu ərizə yenidən yazıla bilər”.

Vəkil əlavə edib ki, Nadir Səlifov əslən Gürcüstanlıdır və onun öz ölkəsinə ekstradisiyası əfv ərizəsinin yazılması ilə bağlı deyil. Bunlar başqa-başqa məsələlərdir:

“Artıq Nadirin övladları böyüyüb. Həm həyat yoldaşı, həm də övladları onun azadlığa çıxmasını istəyir və bunun üçün müraciıtlər ediblər. Bizim də ümidimiz var ki, o, azadlığa çıxacaq”.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın