Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Tanınmış iş adamlarına qarşı dələduzluq edən şəxsə hökm oxunub

Tanınmış iş adamlarına qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Araz Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar.

Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir. Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın