Hazırda iqtisadiyyatımızın başında duran Mikayıl Cabbarovun
2013-2017-ci illərdə Təhsil naziri olduğu dövrlərdə sözügedən sistemdə
aparılan islahatlar nəticəsində Azərbaycanda şəhər və rayon təhsil
şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları 2016-cı ilin
yanvarından yaradılmış Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin tabeliyinə
verildi. Nazirliyin müvafiq qərarından sonra yaradılmış Ərazi Maliyyə
Hesablaşma Mərkəzinin fəaliyyətinə nəzər saldıqda nələri görmüş oluruq?
Bu dəyişiklik Azərbaycanda təhsil sisteminin inkişafına nə kimi təsir
göstərə bildi? Bu sistem yaradıldıqdan sonra təhsilə ayrılan vəsaitlərin
azalmasında rolu oldumu? Təbii ki,bunları mütəxəsislər və bu sahə üzrə
çalışan ekspertlər daha yaxşı bilmiş olar.
Aktualinfo.org-un
Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən
elan olunmuş tenderlərin keçirilməsində dövlət vəsaitinin
kənarlaşdırılması hallarına yol verilməsi barədə məlumatları araşdırmaq
məqsədi ilə sözügedən quqrumun elektron poçtuna göndərdiyi sorğu məktubu
cavabsız qaldı.Odur ki, sözügedən məlumatları geniş ictimaiyyətin
diqqətinə çatdırmaqla Təhsil naziri Ceyhun Bayramovun münasibətini
öyrənmək istəyirik.
Qeyd
edək ki, Şimal -Qərb zonasının Şəki,Oğuz Qəbələ rayonlarını əhatə edən 4
saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 22.07 2019-cu ildə odun
yanacağının alınması üzrə elan etdiyi tenderi “KRESPO” Məhdud
Məsuliyyətli Cəmiyyəti qazanıb. 208900 manat dəyərində odun yanacağının
satınalması nizamnamə kapitalı cəmi 2 manat olan bir MMC-yə həvalə
olunub. MMC Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində tenderdə qalib
olduğu gündən üç ay əvvəl,yəni 01.04 2019 -cu ildə vergi uçotuna alınıb.
Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi ev 4
göstərilən MMC-nin qanuni təmsilçisi Emil Elçin oğlu Mehdizadədir.
Mərkəzin
17.04 və 14.06 2019-cu ildə derafizasiya, dezinseksiya və dezinfeksiya
işləri üzrə elan etdiyi digər tenderləri isə “PROF-DEZ2 MMC qazanıb. Hər
bir tenderə 91804.83 manat büdcə vəsaiti ayrılıb. Bu MMC də Bakı şəhəri
Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Sabunçu
rayonu,Bakıxanov qəsəbəsi ev 15 olan MMC-nin qanuni təmsilçisi Rəhimov
Yusif Əlimədəd oğludur.Reyster tarıxındən son çıxarışı 2008-ci ildə olan
bir MMC ilə ümumi dəyəri 183609.66 manatlıq bir müqavilə bağlanarkən
dövlət satınalmaları haqqında qanunun tələblərinə burada nə dərəcədə
riayət olunub?
Картинки по запросу Araz Babayevin 4 saylı ərazi maliyyə mərkəzini talayır
Sorğumuza
cavab verilmədiyindən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun
yanacağının alınması ilə bağlı elan etdiyi tenderlərdə qanun
pozuntularına yol verilməsi qənaətinə gəlməmək olmur.Belə ki,son vaxtlar
rayonlarda və kəndlərdə yeni qaz xətlərinin çəkilməsi ilə əlaqədar
məktəblərə odun yanacağının alınmasına ehtiyac qalmır. Hər rayonda demək
olar ki, çox az sayda qazlaşdırılmamaış yaşayış məntəqələri qalıb ki,
odun yanacağı üçün külli miqdarda dövlət vəsaiti sərf etməyə ehtiyac
qalmır. Çünki sözügedən rayon sakinlərinin sözlərinə görə qış aylarında
orta məktəblərin qızdırılması direktorlar və müəllimlər tərəfindən
valideynlərindən yığılan pullar hesabına tədarük olunur. Rayonlardakı
orta məktəblərdə dezinseksiya və dezinfeksiya işlərinin aparılması
işlərinə isə valideynlər rast gəlmədiklərini bildirmişlər.
Qeyd
edək ki, hazırda Şəki şəhər Təhsil Şöbəsinin tabeliyində 71 tam orta,
22 ümumi orta, 3 ibtidai olmaqla 96 ümumtəhsil məktəbi fəaliyyət
göstərir. Onlardan 20-si rayon mərkəzində yerləşməklə qalanı rayonun
kəndlərində fəaliyyət göstərir.Bu məktəblərin çoxunda isitmə sistemi
mövcuddur. Şəki rayon Təhsil Şöbəsi indiyə qədər orta məktəblərin
qızdırılması problemlərini necə həll etdiyini sakinlər çox yaxşı bilir.
Kəndlərdə orta məktəblərin qızdırılması valideynlərin köməkliyi ilə
həyata keçirildiyini söyləyən sakinlərin sözlərinə görə dərslər
başlamazdan əvvəl sinif otaqlarında yandırılan sobalar saat 11-dən sonra
soyumağa başlayır. Bəs 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun
yanacağına ayırdığı vəsait necə olur? Bu qədər vəsaitin ayrılması,onun
da mənimsənilməsi, təhsil sistemində nəyi dəyişdi? Əvvəllər bu işi rayon
Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova tək görürdüsə, bu gün 4
saylı Maliyyə Hesablaşma Mərkəzini rəisi Araz Babayevlə görür. Burada
dövlət vəsaitinə qənaət olunmasından söhbət gedə bilməz.
Oğuz
rayon Təhsil Şöbəsinin tabeçiliyində 28 tam orta, 4 ümumi orta, 2
ibtidai olmaqla 34 ümumtəhsil məktəbi var.Şəkidə olduğu kimi Oğuz
rayonunda da kəndlərin çoxu qazlaşdırılıb və məktəblər istilik
sistemləri ilə qızdırılır. Burada da qaz olmayan kəndlərdə məktəblərin
qızdırılması valideynlərin vəsaıti hesabına keçirilib və bu gün də
keçirilməkdə davam edir. Təhsil şöbəsinin müdiri Anar Məcidovun orta
məktəblərdə dövlət vəsaiti hesabına odun yanacağının alındığını desə heç
kim inanmaz. Çünki ancaq səhər saatlarında qızdırılan sinif otaqları
11-dən sonra soyuyur,saat 1 də isə dərslər bitir. Maraqlıdır görəsən
Oğuzda günortaya qədər məktəblərin alababat qızdırılması üçün kağız
üzərində nə qədər odun yanacağı alınıb?
Qəbələ
rayon Təhsil Şöbəsinin tabeliyində 53 tam orta 12 ümumi orta, 3 ibtidai
olmaqla 68 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Yuxarıda qeyd
etdiyimiz rayonlarda olduğu kimi Qəbələdə də son vaxtlar qazlaşdırma
işləri aparılıb və burada da məktəblərin böyük əksəriyyəti istilik
sistemi ilə qızdırılır. Qaz olmayan bir sıra kəndlərdə isə orta
məktəblər valideynlərin köməkliyi vasitəsi ilə qızdırılır. Təhsil
Şöbəsinin təzə təyin olunmuş müdir Arifə Bayramova da deyə bilməz
ki,orta məktəblər dövlətin ayırdığı vəsaitlər hesabına qızdırılır.
Sözügedən
rayonlarda fəaliyyətdə olan ümumilikdə 198 ümumtəhsil məktəblərində
dezinfeksiya,dezinseksiya və derafizasiya işlərinin aparılmasına
gəlincə. Son illər heç bir rayonda, heç bir kənddə, belə bir profilaktik
tədbirlərin həyata keçirildiyinin şahidi olan yoxdu. Bəs bu adla
ayrılmış dövlət vəsaiti hara gedir? Təkcə Ərazi Maliyyə Hesablaşma
Mərkəzinin rəisi Araz Babayevinmi cibinə? Araz Babayevin kimliyinə
gəlincə? O, vaxtı ilə Bakı Humanitar Kollecin direktoru işləmiş, 4 saylı
Ərazi Maliyyə Hesablaşma Mərkəzi yaradıldıqda,sözügedən qurumun rəisi
olmuş,hazırda isə Təhsil Nazirliyində məktəbəqədər və ümumi təhsil
şöbəsinin müdir müavini vəzifəsində çalışan İlqar Mahmudovun xalası
oğludur. İlqar Mahmudov xalası oğlunu 4 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzində özünə müavin təyin etmişdi. Təhsil Nazirliyində vəzifə
aldıqdan sonra İlqar Mahmudov öz yerinə də xalası oğlu Araz Babayevi
təyin etdirdiy bildirilir. Araz Babayev isə dövlətin uşaqların sağlam
gələcəyi üçün ayırdığı vəsaitləri hara gəldi sərf edir. Bu vəsaitlərin
məqsədyönlü şəkildə istifadə olunmasına kim nəzarət edir? Təhsil
Nazirliyi nə üçün bu kimi hallara yol verənlərə nəzarət etmir,
cəzalandırmır?
Təhsil
sistemində baş verən bu kimi işlərdən nazir Ceyhun Bayramovun xəbərsiz
olması versiyası inandırıcı deyil. Rayon sakinlərı kimi, Ceyhun Bayramov
da kənd məktəblərinin valideynlər tərəfindən toplanan pullar hesabına
qızdırıldığını çox gözəl bilir.Ceyhun Bayramov da çox gözəl bilir ki,
kənd məktəblərində dezinseksiya və dezinfeksiya kimi profilaktik
tədbirlər aparılmır. Ceyhun Bayramovun hamı kimi bildiyi, lakin bir
səlahiyyət sahibi kimi göz yumduğu bu kimi halların qarşısını almaması
özü şübhələr doğurmurmu?
Aktualinfo.org
P.S,Yazı
dərc olunduqdan sonra redaksiyamıza verilən məlumata görə 4 Saylı Ərazi
Maliyyə Hesablaşma Mərkəzinin rəisi Araz Babayev İlqar Mahmudovun
xalası oğlu deyil, dayısı oğludur. İlqar Mahmudov özü isə ÜmumiTəhsil
şöbəsində müdir müavini vəzifəsində deyil, Təhsil Nazirliyi Daxili
Nəzarət şöbəsini müdiridir
Həmçinin oxuyun
Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…
Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …