Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Süpürgəçi qadının faciəvi ölümü – Yük maşını vurdu

Süpürgəçi qadının faciəvi ölümü – Yük maşını vurdu

Bu gün səhər saatlarında Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, əslən Şuşa rayonundan olan, Masallı şəhərində məskunlaşan 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı Masallı rayonu İsgəndərli-Ərkivan istiqamətində yolda təmizlik işləri görərkən avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində C.Vəsilə hadisə yerində keçinib.

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

***

Masallı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, süöürgəçi qadını saat 05 radələrində Masallı rayonunda “QazEl” markalı yük maşınının vurub. O, Şuşa rayonundan məcburi köçkün, 1977-ci il təvəllüdlü Cavadova Vəsilə Heydər qızı olub. Sübh saatlarında yolda təmizlik işləri apararkən yük maşınının altında qalıb.

Bildirilir ki, hadisə vaxtı yolda qatı duman olub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın