Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Sumqayıtda ürəkləri sızladan oğurluq – 10 yumurta, 2 çörək və 4 pampers

Sumqayıtda ürəkləri sızladan oğurluq – 10 yumurta, 2 çörək və 4 pampers

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən ərzaq dükanlarının birində qəribə oğurluq hadisəsi baş verib.

Ərazidə yaşayan şəxslərin verdiyi məlumata görə, gecə yarısı pəncərəni qıraraq mağazaya daxil olan naməlum oğrunun davranışı hər kəsi, o cümlədən mağaza sahibini də təəəccübləndirib. Belə ki, kassada 200 manat pulun olmasına baxmayaraq, həmin pulun 1 manatına da toxunmayan oğru yalnız özünün zəruri bildiyi məhsulları götürərək gedib. Onun mağazadan götürdüyü məhsulların siyahısı isə belə olub: 10 yumurta, 2 çörək və 4 pampers.

Oğurluq hadisəsindən səhər saatlarında xəbər tutan mağaza sahibinin bu olaydan çox təsirləndiyi və bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etmədiyi bildirilir.

savash.prg

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın