Mağazada çörək yeşiklərə yığılıb. Pişik də fürsətdən istifadə edir və çörəklərin üstündə oturub.
Görüntü Azərbaycana mağazaların birində çəkilib. Video sosila şəbəkələrədə yayılıb və böyük müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, bu barədə məlumatları var. Lakin həmin obyektin dəqiq ünvanı olmadığına görə, hələlik bu istiqamətdə araşdırma aparılır.
Ünvan dəqiqləşəndən məsələyə münasibət bildiriləcək.