Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Şirvanda kriminal “razborka”: “Krıtıy Elvin” güllələndi

Şirvanda kriminal “razborka”: “Krıtıy Elvin” güllələndi

Virtualaz.org saytının bölgə müxbirinin əldə etdiyi məlumata görə, “razborka” bir müddət əvvəl tərəflərin bir-birinin ünvanına yağdırdığı söyüş üstündə baş verib.

Bu “razborka” iki ay əvvəl Bakıdakı “Oazis” restoranında baş vermiş insidentin davamı olub.

Qətli törədənlərin Hacıqabul rayonundan gəldikləri və məşhur bir avtoriteti təmsil etdikləri deyilir.

O da məlum olub ki, qətli törədənlərdən daha biri bu gün Samux dövlət sərhəd-keçid məntəqəsini keçmək istəyərkən yaxalanıb.

 

*   *   *10:14

Şirvan şəhərində silahlı insidentin bəzi təfərrüatları bəlli olub.

Hadisə dünən saat 23 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi (“razborka”) zəminində baş verib.

“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu (kriminal aləmdə “krıtıy Elvin” kimi tanınan) qətlə yetirilib.

Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, Sarıbalayev Zaur Vəfadar oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il, 3 iyun tarixli hökmü ilə məhkum edilib. Prezidentin 26 may 2014-cü il əfv fərmanı ilə azadlığa buraxılıb (APA).

*   *   *01:56

Şirvan şəhərində silahlı insident baş verib.

Məlumata görə, Şirvan sakini, 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetiriliblər.

Baş verən qətl hadisəsi ilə əlaqədar 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin təfərrüatları müəyyənləşdirilir (APA).

*   *   *00:08

Şirvan şəhərində qətl hadisəsi baş verib.

Şirvan sakini, 1983-cü il təvəllüdlü Elvin Quliyev ürəyindən güllələnib. O, tapançadan açılan atəşlə qətlə yetirilib. Hadisənin motivləri və kim tərəfindən törədildiyi hələlik məlum deyil (APA).

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın