Azərbaycanda fəaliyyət göstərən, adı daha çox qalmaqallı məsələlərdə
hallanan “Sipark İnşaat” şirkətinin adı daha bir dələduzluq işində
hallanır.
Həmin
şirkətin rəhbərliyi tərəfindən aldadıldığını iddia edən “Baku Art
Lab”ın təsisçisi Vüqar Təhməzov BakuPost-a müraciət edib.
Şikayətçinin
sözlərinə görə, telekanalların (ATV) birində yayımlanacaq serialın
çəkilişində baş sponsor olan şirkət sonradan pulu ödəməkdən imtina edib.
Onun reklamı ATV-də iki ay yayımlanıb və bununla da şirkətin 14 min
borcu yaranıb. Lakin şirkət rəhbərliyi müxtəlif bəhanələrlə pulu
ödəməkdən boyun qaçırır:
““Sevgi
Naminə” adlı serialın çəkilişləri üçün təşkilati dəstəklə bağlı “Sipark
İnşaat”la razılaşma əldə etdik. Hətta menecerimiz Vüsalə xanım və həmin
şirkətin nümayəndələri arasında danışıqlardan sonra onlar seriala baş
sponsor olmaq istədilər və qarşılıqlı anlaşma əsasında müqavilə də
hazırladıq. Müqaviləyə səlahiyyətli şəxs kimi özüm qol çəkdim və möhür
vurdum. Daha sonra müqaviləni həmin tikinti şirkətinə yolladım”.
V.Təhməzov bildirib ki, onlar müqaviləyə imza atmağı gecişdiriblər:
“Sən
demə, bunlar “Sipark İnşaat” dələduzluq metodu imiş. Demişdilər ki,
reklam yayınlamağa başlasın müqaviləni imzalayarıq. Bir müddət sonra
müqaviləni səlahiyyətli şəxs kimi mühasibatlıq şöbəsindən bir xanımın
imzalayacağını bildiriblər. Lakin həmin xanım sənədləri imzalamaqdan
imtina edərək, rəhbər Kənan bəyin Türkiyədə olduğunu və gələndən sonra
onları özünün imzalayacağını dedi. Bu minvalla serial çəkilir və onların
reklamı yayımlanırdı. Qeyd edim ki, müqaviləni qarşı tərəf
hazırlamışdı, şərtlər razılaşdırılmışdı və bizə möhürləmək üçün
göndərilmişdi. Biz də öz əlavəmizi edib, onlara göndərməli və reklamçı
tərəfin səlahiyyətli şəxsi imzalamalıydı. Biz üzərimizə düşənləri etdik,
onlarsa bizi yola verməklə məşğul oldular.
Təqribən
bir ay məsələ belə uzandı. Biz isə həmin vaxt şirkətin ofisində
serialın çəkilişlərinə start verdik. Danışıqlara əsasən “Separk” seriala
həm təşkilati dəstək, həm də baş sponsor idi. Misal üçün, təşkilati
dəstəyə görə şirkət bizə bir ayda 1500-2000 manat məbləğində pul ödəməli
idi. Lakin əvəzində onlar bizə çəkilişlər üçün avtobus verdilər”.
“Sipark İnşaat”ın reklam xərclərini ödəməməsi qarşı tərəfə maddi və mənəvi ziyan vurub:
“Danışıqlara
əsasən hər ay 7 min manat məbləğində pul ödəməli idilər. Mən onlara
arayış da yollamışam. Təqribən iki ay, iki həftəyə qədər reklamları
televiziyada gedib. Ödənişin də 50 faizi bizim, 50 faizi isə telekanalın
olmalı idi. Axı mən də işçilərin əmək haqqını ödəməliyəm.
Onlarla
danışmaq üçün dəfələrlə ofislərinə müraciət etdim. Lakin nə ofisdə, nə
də telefonlarıma cavab verən oldu. Daha sonra Kənan bəyi tapdım və
reklamı dayandırmaq haqqında söhbət apardım”.
V.Təhməzov
bildirib ki, qarşı tərəf müqaviləyə imza atmadığı üçün çıxılmaz
vəziyyətdə qalıb. İndi o, aylardır müəyyən edilmiş məbləği şirkət
rəsmisindən ala bilmir: “Onlar bizim ağlımızə gəlməyən formada
dələduzluq etdilər. Rəsmi müqaviləni imzalamamaqla bizi məhkəməyə
müraciət hüququndan məhrum etdilər. Amma yaxşı ki, aramızda telefon
danışıqları var. Oradakı danışıqlarda bizə borclu olduğuqları və yaxın
vaxtda ödəmələrinə söz verdikləri əks olunur. Səs yazılarını sizə də
təqdim edirəm. Buyurub, aidiyyəti qurumlar bu səslərə qulaq asıb,
ədalətli qərar versinlər”.
Məsələ
ilə bağlı “Sipark İnşaat”ın mətbuat xidməti İradə Nurəddinqizi təmsil
etdiyi qurumun heç kimə borclu olmadığını deyib. O, BakuPost-a bildirib
ki, rəsmi müqavilə olmadığına görə onları kimsə dələduzluqda ittiham edə
bilməz: “Arada heç bir müqavilə yoxdur. Amma şifahi razılaşma olub.
Onlara bildirilib ki, əgər serial reytinqli olsa, şirkət sponsorluq
edəcək. Amma serial çox zəif oldu, heç bir reytinq vermədi, iona görə də
müqavilə bağlanmadı”.
Mətbuat
sözcüsünün daha sonra dedikləri isə əslində, “Baku Art Lab”la “Sipark
İnşaat” arasında əməkdaşlığın olduğunu təsdiqləyir: “Onlar seialda bizim
reklamımızı ola bilsin ki veriblər. Əvəzində isə bizim əmlakımıza ziyan
vurublar. Avtomobillərimizdən istifadə ediblər, məkanımızdan
yararlanıblar”.
İ.Nurəddinqızı
“Sipark İnşaat” rəhbərliyinin səs yazılarının olduğu, müqavilə və
reklama görə borclu olmasını təsdiqləyən səs yazısı məsələsinə də
münasibət bildirib: “Hansı səs yazısı? Bilirsiz ki, icazəsiz səs yazmaq
qanunla qadağandı”.
Qeyd
edək ki, bu, “Sipark İnşaat”la bağlı ilk hadisə deyil. Bundan əvvəl də
serial çəkilişlərinə sponsor olması və pulu ödəməməsi barədə bir neçə
fakt mövcuddur.
Yazının davamı olacaq.
Həmçinin oxuyun
Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…
Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …