Çərşənbə , İyun 3 2020
Ana səhifə / Araşdırma / Sevinc Babayevanın oğlu arvadını bıçaqlamasından danışacaq

Sevinc Babayevanın oğlu arvadını bıçaqlamasından danışacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etmədiyini deyib. İş baxışa verilib.

Məhkəmə prosesi oktyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, A.Məmmədov “Gülər Əhmədova olayı” ilə tanınan Sevinc Babayevanın oğludur. A.Məmmədov 2016-cı ilin fevralın 4-də Binəqədi qəsəbəsində yaşadığı evdə arvadı Günay Əhmədovanı bədənin bir neçə nahiyəsindən, baş, sinə və kürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Babayevanın həyatını xilas etmək mümkün olub.

A.Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilir.

Həmçinin oxuyun

Əbülfəs Qarayevin verdiyi fəxri adlar geri qaytarılsın

…Son vaxtlar Mədəniyyət Nazirliyində baş verənlər hələ də müzakirə mövzusudur. Təbii ki, nazir dura-dura onun …

Bir cavab yazın