Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Sevdiyi qızın ailəsini güllələyib, intihar etdi – Türkiyədə

Sevdiyi qızın ailəsini güllələyib, intihar etdi – Türkiyədə

Türkiyənin Adana şəhərində dəhşətli qətl hadisəsi baş verib.

“ Azinforum.az ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Adananın Seyhan rayonunda bir mənzildə təqaüdçü İsmət Mətin və həyat yoldaşının da olduğu silahla vurulmuş 6 nəfərin cəsədi tapılıb.

Polis artıq ölənlərin şəxsiyyətini müəyyən edə bilib.

İlkin məlumata əsasən Mətin və xanımı, qardaşı oğlu Dənərin Adanadakı evinə qonaq gəlib.

Valideynləri bir müddət əvvəl vəfat edən Dənər 6 ildir görüşdüyü əmisi qızı ilə evlənmək istəyib. Ancaq qızın valideynlərinin buna razı olmaması mübahisəyə səbəb olub.

Nəticədə Dənizxan Dənər tapança ilə qohumlarını öldürüb. O, Hatayda yaşayan qıza zəng edərək “Gəl, hamısını öldürdüm” deyib. Daha sonra polislə əlaqə saxlayaraq vəziyyəti bildirib və intihar edib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın