Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Saday Şəkərli həbs edilir

Saday Şəkərli həbs edilir

Tanınmış şair Saday Şəkərli həbs edilə bilər. Bu barədə Moderator.az-ı Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumatlandırıb. E.Quliyevin sözlərinə görə, hazırda S.Şəkərli Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində dindirilir:
“Hazırda S.Şəkərli prokurorluq əməkdaşları tərəfindən dindirilir. Onun elə idarədəcə həbs edilib Kürdəxanıya göndərilməsi ehtimalı var. Görünən odur ki, həbs olunmaq növbəsi siyasilərdən şair və sənətkarlara keçməkdədir. Yəqin ki, növbəti mərhələdə alimlərin də həbsini reallaşdıracaqlar. Siyasilər və sənətkarların ardınca alimlər də Kürdəxanıya köç edəcək”.
E.Quliyevin sözlərinə görə, heç bri yerdə işləməyən və sadəcə yaradıcılıqla məşğul olan S.Şəkərli bəzi məmurları tənqir etməkdə ittiham edilir:
“S.Şəkərli heç harda işləmir və ən azından bu mənada onun hansısa korrupsiyaya yol verməsi mümkünsüzdür. O, sakit təbiətə malik sırf yaradıcı adamdır. Onun dindirilməsinə səbəb, məndə olan məlumata görə, əsərlərində səsləndiriyi tənqidi fikirlərdir. Halbuki, indi bunu təhqir kimi qələmə verib onun həbsinə nail olmağa çalışırlar.
Hesab edirəm ki, bütün ziyalılar, siyasilər, demokratik kəsimin bütün dairələri baş verən bu birabırçılığa öz etirazını bildirməli, qəti şəkildə S.Şəkərlinin müdafiəsinə qalxmalıdır”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın